Türkiyənin İzmir şəhərində qida firmasında işləyən 24 yaşlı Tuğba Karaca qonşusu A.B tərəfindən qaçırılıb.
Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızlarından xəbər ala bilməyən ailə ATV telekanalında yayımlanan Müğə Anlının verilişinə müraciət edib.
Qızın ailəsinin verilişə çıxdığını bilən A.B Tuğba Karacanı məhkəmə binasının qarşısına qoyaraq qaçıb.
Verilişə gələn gənc qız danışdıqları ilə hər kəsi şoka salıb.
Tuğba Karaca bildirib ki, işə gedən zaman yolda qarşısını kəsib məcburi şəkildə maşına mindiriblə: "7 gün ərzində fərqli dağ evlərində qaldıq. Onunla evlənməyə razı olum deyə məni hər gün döyürdü. 5 dəqiqədə mənim həyatımı məhv etdi".
24 yaşlı qızı qaçıran A.B polislər tərəfindən axtarışa verilib.