Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
"Qarabağ"la görüşün 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Zirə"nin kapitanı Cavid Hüseynova dörd oyunluq cəza, klubuna 3200 manat cərimə kəsilib