Bu şəxslərin magistratura xərclərini dövlət ödəyəcək



Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.
Milli Məcliisn  Elm və təhsil haqında komitəsinin bu gün keçirilən iclasında  “Təhsil haqqında”  qanuna dəyişikliyin müzakirəsi zamanı komitə sədri Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə,  “Təhsil haqqında” qanuna əsasən müxtəlif təhsil sahələri var  və nəzərdə tutulan dəyişiklik növündən, tipindən asılı olmayaraq  bütün  tip ali məktəblərə şamil olunacaq. “Beləliklə Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək. Bu xərclər  dövlət büdcəsindən ödəniləcək.”- komitə sədri deyib.
O əlavə edib ki, bu dəyişiklik ölkə başçısının təhsil sahəsində həyata keçirdiyi islahatların  məntiqi nəticəsidir.
Dəyişikliyə əsasən valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş bakalavr və magistratura pilləsində təhsil alan  tələbələrin təhsil  xərclərini  dövlət öz üzərinə götürəcək

Post a Comment

0 Comments