Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası martın 29-na təyin olunub.
Qeyd edək ki, hadisə Balakən rayonunda baş verib.
Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb.
Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Zaur Layicov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.