ACOB- Tikintidə bir keyfiyyət markasıdır. Şirkət Villa, Restoran, Bağ evi, Obyekt və Mənzillərin Layihələndirilməsi, Dizaynı, Tikintisi və Əsaslı Təmiri ilə bağlı bütün xidmətləri özündə cəmləyib. Uzun müddət uğurlu fəaliyyətini davam etdirən şirkətimiz bu günə qədər etibarlılıq və dürüstlük prinsiplərinə arxalanaraq, böyük təcrübəmizi yeni texnologiyaların üzərində tətbiq edərək, ölkəmizin ən güvənli tikinti şirkətlərinin sırasında yer almışdır. Biz qarşımıza ilk öncə sizin və sevdiklərinizin sosial həyatını gözəlləşdirmək və həyatınızı rəngarəng etmək üçün bizdən olan gözləntilərinizi həyata keçirmək kimi hədəflər qoymuşuq. Məqsədimiz sizlərə yüksək keyfiyyətli və bütün tələblərinizə cavab verən tikinti xidmətlərini göstərməkdir. Bunun üçün sıralarımızda yalnız peşəkar, böyük bilgi və bacarığa sahib memar və dizaynerlər fəaliyyət göstərir.
Missiyamız - ACOB müştərisi olmağın ayrıcalığını bir gün hər kəsə hiss etdirməkdir.