Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimə 1/16 final mərhələsini adlayan komandalar qatılacaqlar. Onlardan 15-i artıq müəyyənləşdiyi halda, sonuncu vəsiqənin sahibi təxirə salınmış cavab görüşünün yekununda bəlli olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. 
1/8 final mərhələsinin iştirakçıları:
"Bazel" (İsveçrə)
"Kopenhagen" (Danimarka)
"Xetafe" (İspaniya)
"İnter" (İtaliya)
"Başakşehir" (Türkiyə)
LASK (Avstriya)
"Bayer" (Leverkusen, Almaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan)
"Reyncers" (Şotlandiya)
"Roma" (İtaliya)
"Sevilya" (İspaniya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Volfsburq" (Almaniya)
"Vulverhempton" (İngiltərə)
"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi
1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayacaq, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.
İlk oyunlar martın 12-də, cavab görüşləri martın 19-da olacaq.