Türkiyədə yaşayan 12 yaşlı Suriyalı qız sinəsindən əməliyyat edilib.
Sonxeber.az medicina.az-a istinadən bildirir ki, döşündə yarım kiloqrama yaxın şiş olan azyaşlı cərrahiyyə əməliyatına götürülüb. Ümumi cərrah, uşaq cərrahı,plastik cərrah, patalogiya və radiologiya mütəxəssislərindən formalaşan həkim briqadası sayəsində uşaq uğurla əməliyyat olunub.
Həkimlər bildirib ki, 12 yaşda döşdə xərçəng hüceyrələri və şiş tibdə çox nadir hallarda görünən haldır. Şiş yarım kiloqram ağırlığında və 17 sm ölçüsündə olub.
Yetkinlik dövründə qadın sinəsinin də böyüdüyü dövr olduğu üçün, şiş hiss olunmayıb və normal böyümə prosesi kimi anlaşılıb. Lakin qızın anası iki döş arasındakı fərqi görən kimi həkimə müraciət edib. Müayinə zamanı qızda xoşxassəli şiş olduğu müəyyən edilib.