Ötən gecə paytaxt Bakıda və bölgələrdə iki yanğın hadisəsi qeydə alınıb.
Tezexeber.com Sonxeber.az-a istinadən məlumata verirki, Qobustan rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, dörd otaqlı evdə yanğın olub.
Nəticədə evin bir otağının və dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.
Bakı şəhərinin Nəsimi rayonunda isə ümumi sahəsi 100 m² olan taxtadan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və içərisinə yığılan oksigen balonları yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.